Əlaqə Arxiv
news Image
2013.03.01
15:56
| A A A
Sərhəddi "donuz qripi"nə yoluxmuş şəxslər keçməyib
"Ölkədə "donuz qripi"A/H1/N1 virusu  ilə bağlı heç bir təhlükə yoxdur. İndiyədək Azərbaycanda qripin bu növünə yoluxma halı da aşkarlanmayıb. Sərhəd keçid məntəqələrindən də belə ağır xəstələr, donuz qripinə yoluxmuş şəxslər gətirilməyib".
Bu sözləri Movqe.az-a açıqlamasında  Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva söyləyib. A. Əliyeva deyib ki, Taun Əleyhinə virusoloji laborotoriya var: "Biz həddindən yüksək hərarət və öskürmə ilə müşahidə olunan kəskin respirator xəstələri stansiyanın bu laborotoriyasında qripin növünə görə müayinə edirik. Əgər A/H1/N1 virusu aşkarlanarsa dərhal tədbir görülür".
A.Əliyeva Gürcüstan və Rusiya sərhədindən də belə xəstələrin Azərbaycana keçməsinin müşahidə olunmadığını söylədi: "Sərhəd-keçid məntəqələrində tibbi məntəqələr var. Oradan ağır xəstəliyi olanlar müayinədən sonar ölkəyə buraxılır. Bizə də miqrantlardan ağır xəstəliklə müraciət edəni olmayıb".

 

Sizin Reklam Yeriniz