news Image
2013.03.01
17:22
| A A A
Azərbaycanda Gürcüstana gedən qatarda kimyəvi maddə dağılıb, təhlükəsizlik tədbirləri görülür

Kürdəmirdə Gürcüstana gedən qatarda kimyəvi maddə sızıb. Bu barədə Movqe.az FHN-in rəsmi saytına istinadən məlumat verir.

Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kürdəmir rayonu ərazisində Karrar dəmiryol stansiyasının yaxınlığında Sumqayıt şəhərindən Rustavi şəhərinə (Gürcüstana) gedən yük qatarının sisternlərindən birində kimyəvi maddənin (sulfat turşusu) sızması qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Hazırda qəzanın nəticələrinin aradan qaldırması istiqamətində müvafiq işlər görülür.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Movqe.az-a bildirib ki, kimyəvi maddənin sızdığı sistern qatardan ayrılıb, lazımi təhlükəsizlik tədbirləri görülür. Qatar isə Rustavi istiqamətində hərəkətini davam etdirir.