Əlaqə Arxiv
news Image
2013.03.01
17:45
| A A A
Gülər Əhmədovanın həyat yoldaşı: "Bu Əvəz Zeynallının uydurmasıdır"

"Gülər Əhmədova "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəməsində ifadə vermək üçün heç kəsdən Əvəzə xəbər göndərməyib. Mən bilmirəm mətbuat bu informasiyanı kimə istinadən yayıb, amma bu məlumat kökündən yalandır".

Bu sözləri Movqe.az-a açıqlamasında Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov deyib. Onun sözlərinə görə, bu gün o da Gülər Əhmədova ilə görüşüb və bu məlumata aydınlıq gətirib: "Bu gün mən özüm Gülərlə görüşdə ona belə bir məlumat yayıldığını söylədim. Dedi ki, ilk dəfə bu xəbəri məndən eşidir. Bu Əvəzin öz uydurmasıdır. Gülər onunla görüşmək istəmir ki, kiminləsə də Əvəzə belə bir xəbər göndərsin".

 


Sizin Reklam Yeriniz