"Azəryolservis" ASC: "Uçan körpünün sökülüb-sökülməyəcəyi hələ bilinmir"
"Bu gecə saat 02:30-da uçan, Ələt-Astara magistral yolunun
Cəlilabad rayonundan keçən hissəsində Mişarçay adlanan çayın
üzərindəki körpünün sökülüb-sökülməyəcəyi ilə bağlı qərar
mütəxəssislərin rəyindən sonra veriləcək. Artıq bu istiqamətdə
hərəkət edən minik avtomobilləri üçün alternativ yol salınıb. Yük
maşınları üçün də yolun salınmasına başlanılıb".
Bu məlumatı Movqe.az-a Azəryolservis Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev verib. Onun sözlərinə görə, bu körpü 1964 cü ildə tikilib və istismar müddətini başa vurub. P. Mürsəliyev körpünün uçmasına ağır yük maşınlarınnın hərəkəti nəticəsində körpünün aşırım tirlərinin qırılmasının səbəb olduğunu söylədi: "Bu 3 aşırımlı körpünün uzunluğu 47,9, qabariti 9,3 metrdir. Hələki körpünün söküləcəyi, yaxud təmir ediləcəyi barədə bir söz demək olmaz. Mütəxəssislərin rəyindən sonra qərar veriləcək. Hazırda körpünün uçması ilə əlaqədar minik avtomobillərin hərəkəti ilə bağlı heç bir problem yoxdur. Yalnız yük avtomobillərinin hərəkətinin bərpası üçün alternativ yol çəkilir".