Əlaqə Arxiv
news Image
2013.03.04
13:43
| A A A
Sabah hava küləkli və yağıntılı olacaq

Movqe.az-ın  Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən aldığı məlumatına görə,Bakıda və Abşeron yarımadasındaMartın 5-də hava şəraitinin tutqun, fasilələrlə yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturunun gecə 2-4, gündüz 4-7, axşam 1 dərəcəyədək isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarında

Martın 5-də hava şəraitinin arabir yağıntılı olacağı, gecə bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Güclü qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 6-11 isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.


Tibbi-meteoroloji proqnoz

Martın 5-dən 7-dək Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişməsi gözlənilir. Rütubətli və güclü küləkli hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.


Sizin Reklam Yeriniz