news Image
2013.03.05
16:05
| A A A
Əmək yarmarkalarında iştirak edənlərin 60 faizi peşəsiz, təhsilsiz gənclərdir
"Azərbaycanda gənclərin təhsil səviyyəsi ilə bağlı statistik rəqəmlər, digər ölkələrlə müqayisədə aşağıdır. Təəssüfedici haldır ki, bu gün əmək yarmarkalarında iştirak edənlərin 60 faizi peşəsiz, təhsilsiz gənclərdir".
Bu sözləri Movqe.az-a açıqlamasında  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Baş Məşğulluq İdarəsinin rəis müavini Şahbaz Xələfov deyib. Onun sözlərinə görə,peşə təhsili alan gənclərin sayı xüsusilə azlıq təşkil edir: Kolleclərlə birlikdə gənclərin bu gün 20 faizi ancaq peşə təhsilınə yiyələnir. Bu rəqəm ən azından 50 faizə yüksəlməlidir ki, gənclər əmək bazarında özlərinə iş tapa bilsinlər. Ali təhsilli gənclərin sayı ilə bağlı statistik vəziyyət tam arzuolunan səviyyədə olmasa da, peşə təhsili ilə müqayisədə bir qədər yaxşıdır. Bizdə bu gün gənclərin 40-45 faizi təhsillidirsə, Rusiyada bu rəqəm 70 faizdən yuxarıdır. Ona görə də çalışmaq lazımdır ki, gənclər arasında savadlanmanın səviyyəsi yüksəlsin".