Əlaqə Arxiv
news Image
2013.03.07
10:56
| A A A
Ağsaqqallar Şurası prezident seçkisi ilə bağlı işlərinə start verdi
Qurumun İdarə Heyətinin ilk iclası keçirilib.

6 mart tarixində Azərbaycan Ağsaqqallar Şurası İdarə Heyətinin məşvərət xarakterli ilk iclasi keçirilib. İclasın gündəliyinə iki əsas  məsələ daxil edilib. Bunlardan birincisi Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə hazırlıq, ikincisi 2013-cü il prezident seçkisində Ağsaqqallar Şurasının qarşısında duran vəzifələr olub.


İclası giriş sözü ilə açan AAŞ-nın sədri, millət vəkili Fəttah Heydərov Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının inkişafı üçün gördüyü işlərdən söhbət açıb. O, ümummilli liderin Ağsaqqallar Şurasına, ümumən ahıllara göstərdiyi diqqət və qayğının ayrı-ayrı spesifik məqamlarından bəhs edib. Bildirib ki, Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gun də ugurla davam etdirilən daxili və xarici siyasət kursunun vətəndaslar arasinda təbliği, əhalinin bütün təbəqələrinin ölkə prezidentinin ətrafinda sıx birləşməsi, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində Azərbaycan Ağsaqqallar Şurasının da üzərinə konkret vəzifələr düşür. 


Tədbirdə Ağsaqqallar Şurasının üzvlərindən qurumun sədr müavini, akademik  Teymur Bünyadov, akademik Xoşbəxt Yusifzadə, akademik Vasim Məmmədəliyev və AAŞ-nın sədrinin digər müavini, akademik Sudeyif İmamverdiyev, həmçinin akademik Adilə Namazova və  başqaları da cıxışlarında eyni fikirləri bölüşərək gündəlikdə duran məsələlərin həllinə kompleks yanaşmağın vacibliyini vurğulayıblar. Onlar gənclər arasında maarifləndirici tədbirlərin keçiriləməsinin zəruriliyini əsaslandırıblar. Qərara alınıb ki, respublikamızın bütün bölgələrdə mütəmadi görüşlər keçirilsin, gənclərlə təmaslar yaradılsın, təşviqat işləri daha da genişləndirilsin.

Sizin Reklam Yeriniz