Əlaqə Arxiv
news Image
2013.03.07
15:56
| A A A
Güclü qar yağıb

Movqe.az xəbər verir ki, mövsümünən güclü qar yağışını yaşayan ABŞ-ın paytaxtı Vaşinqtonda gecə yarısı başlayan qar həyatı "dondurub". Bir gün əvvəl bütün məktəblərin tətil edildiyi şəhərdə, nəqliyyatda da gecikmələr olub. Şiddətli qar yağışı ucbatından minlərlə şəxs işə gedə bilməyib, bir çox rəsmi təşkilatda da tətil elan edilib. Xüsusilə Vircinia bölgəsində elektriklərin kəsildiyi deyilib. Səlahiyyətlilər təxminən 188 min ev yerinə elektrik enerjisi verilmədiyini bildirib. Mövzu haqqında şərh verən Vaşinqton bələdiyyə başçısı Vinsent Qrey, vətəndaşların edə biləcəkləri ən yaxşı şeyin məcbur qalmadıqca küçəyə çıxmamaları olduğunu söyləyib.

Sizin Reklam Yeriniz