news Image
2013.03.07
13:59
| A A A
Qadınların məşğulluq dərəcəsi kişilərə nisbətən daha yüksəkdir

Movqe.az xəbər verir ki, CənubiKoreyada son yayımlanan statistikaya görə, 2012-ci ildə qadınların nisbəti kişiləri ötüb. Cənubi Koreyada Park Geun-hyenin Prezident olması ilə ictimaiyyət ölkədə qadınların məşğulluq vəziyyətilə maraqlanmağa başladı. Dövlət rəsmilərinin yayımladığı statistikaya görə, 20 yaşlardakı gənc qızların işə girmə nisbəti 2002-ci ildə 61 faiz olduğu halda, 2012-ci ildə 63 faizə  yüksəlib. Kişilərdə isə vəziyyət əks istiqamətdə inkişaf edib. 20 yaşlardakı gənc kişilərin işə girmə nisbəti 2002-ci ildə 71 faiz olduğu halda, 2012-ci ildə 63 faizə  düşüb.