Əlaqə Arxiv
news Image
2013.03.07
17:25
| A A A
Bayram yarmarkaları bu ünvanda keçiriləcək
Novruz bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sahibkarlarla birgə Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkaları təşkil olunacaq. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, istehlakçılar yarmarkalarda müxtəlif ərzaq və kənd təsərrüfatı mallarını bazardakı qiymətlərlə müqayisədə daha ucuz qiymətə əldə edə biləcəklər. Yarmarkalar 16-19 mart tarixlərində Binəqədi rayonu Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə litseyinin həyəti, Xətai rayonu Bakı kinoteatrının yanı, Nərimanov rayonu Əliyar Əliyev küçəsi 26, "Bakı Taxıl" ASC-nin ərazisi, Nəsimi rayonu "Təzə bazar"ın ərazisi, Səbail rayonu Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı, Yeni Günəşli qəsəbəsi, "Günəş" ticarət mərkəzinin yanı, Yasamal rayonu Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanı və Suraxanı rayonu Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 2 ünvanlarında təşkil olunacaq.
Sizin Reklam Yeriniz