Əlaqə Arxiv
news Image
2013.03.07
17:55
| A A A
Toy karvanında iştirak edən 24 sürücü cərimələnib
"Son iki gündə 8 toy karvanında iştirak edən 24 sürücü məsuliyyətə cəlb olunub".
Bu məlumatı Mövqe.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov verib. Onun sözlərinə görə, bəy və gəlini aparan 3 avtomobilin isə  dövlət nömrə nişanı gizlədildiyinə görə, sürücüləri cərimələnib: "Toy karvanında iştirak edən 8 sürücü qoşa xətin tələbini pozaraq qarşı hərəkət yoluna çıxdığı üçün cərimələnib. Sürücülərə toy karvanında iştirak edərkən yol hərəkəti qaydalarına riayət etmələri tövsiyyə edilib".
 
Sizin Reklam Yeriniz