Əlaqə Arxiv
news Image
2013.03.09
16:41
| A A A
Erməni yazıçı Məhəmməd peyğəmbəri təhqir etdi
Sevan Nişanyana qarşı İstanbul məhkəməsi iddia qaldırıb. Türkiyədə yaşayan erməni yazıçı, jurnalist və linqvist Sevan Nişanyan öz saytında Məhəmməd Peyğəmbəri (s.ə.s) təhqir edən məqalə yerləşdirib.

Movqe.az-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məqalə ilə bağlı Sevan Nişanyana qarşı İstanbul məhkəmədə iddia qaldırılıb. Yazıçı xalqın bir hissəsi olan dini dəyərləri təhqir etməkdə günahlandırılır.

Yaxın günlərdə Nişanyanın İstanbulun cinayət işləri üzrə məhkəməsinə çağırılacağı bildirilir. Erməni jurnalistə qarşı irəli sürülən ittiham çərçivəsində o, 9 aydan 1,5 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Sizin Reklam Yeriniz