Əlaqə Arxiv
news Image
2013.03.09
17:04
| A A A
Porno və seks qadağan olunur
Avropa Parlamentində aparılan müzakirələrdə Avropa Birliyi ölkələrində media, internet və reklam sektorlarında seks və pornoqrafiyanın qəti qadağan edilməsini nəzərdə tutulan qanun layihəsi müzakirə olunur. Movqe.az sayti NTVMSNBC-yə istindən bildirir ki, "Cinsi mənsubluqla bağlı klişilərin aradan qaldırılması" hesabatı və gender bərabərliyi ilə bağlı qanun layihəsi ilə yanaşı, seks və pornonun da yasaqlanmasını nəzərdə tutan qanun layihəsi matın 11-də Avropa Parlamentinin gündəminə çıxarılacaq.

AP-nin hollandiyalı deputatı Kartika Tamara Liotard tərəfindən hazırlanmış qanun layihəsi kommunikasiya və reklam sektorlarında cinsi mənsubiyyətlə bağlı ayrı-seçkiliyə son qoyulması, mal və məhsulların satışlarında qadınlardan "cinsi obyekt" qismində istifadəsinin qadağan olunması nəzərdə tutulur.

Bunda başqa, televiziya proqramları, videoyunlar və videokliplərdə də qadınların "seksual pozalarda və təhrikedici geyimlərdə məhz ticari məqsədlə istifadə olunduğu" vurğulanır.

Qanun layihəsi Avropa Parlamentiinin 1997-ci ildə təsdiqlədiyi qərara əsaslanaraq mediada hər hansı formada pornoqrafiyanın qəti qadağan olunmasını tələb edir.
Sizin Reklam Yeriniz