news Image
2013.03.11
10:29
| A A A
Bu günə olan hava məlumatı

Movqe.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan aldığı məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən, yağmursuz olacaq. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Havanın temperaturu gecə 3-6° isti, gündüz 11-16° isti olacağı gözlənilir.


Bakıda gecə 3-5° isti, gündüz 13-15° isti olacaqdır. Atmosfer təzyiqi normadan aşağı – 757 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 75-80 faiz, gündüz 60-65 faiz təşkil edəcək.


Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər duman, bəzi şərq rayonlarında çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 0-7 dərəcə, gündüz 11-16, bəzi yerlərdə 20 dərəcəyədək isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10, bəzi yerlərdə 15 dərəcə isti təşkil edəcək.