Əlaqə Arxiv
news Image
2013.03.11
18:06
| A A A
Komitə BMT-nin hesabatı ilə razılaşmır
"BMT-nin Azərbaycanda ibtidai təhsilin səviyyəsi ilə bağlı yaydığı hesabat reallığı əks etdirmir. Bizdə ibtidai təhsilə cəlb olunma faizi 98-99 faiz təşkil edir".
Bu məlumatı Movqe.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev verib. Onun sözlərinə görə, Azərbaycana erkən nikaha daxil olan qızlar da ibtidai təhsilini başa vurur. Erkən nikaha daxil olarkən isə təhsillərini dayandırırlar: "Bizdə erkən nikaha girən qızların 6 faizi savadsızlardır".
Xatırladaq ki, BMT-nin Əhali Fondunun (UNFPA) erkən nikahlara həsr olunmuş hesabatında bildirilirir ki, Azərbaycanda 18 yaşına qədər ailə quran qızların 11,3%-nin ibtidai təhsili belə yoxdur. Qeyd olunur ki, Azərbaycanda 18 yaşına qədər ailə quran qızların yalnız 26%-i ibtidai təhsil alıb, 11%-i orta məktəb və daha yuxarı təhsilə malikdir. 2000-2011-ci illəri əhatə edən məlumatlara əsasən, Azərbaycanda nikahların 12,2%-i gəlinlər yetkinlik yaşına çatmadan bağlanıb. Bu cür nikahların əksəriyyəti (15,2%-i) kənd yerlərində bağlanır, 9,6%-i isə şəhərlərin payına düşür. Amma bir sıra ölkələrdən fərqli olaraq, Azərbaycanda 15 yaşına çatmayan qızların ərə verilməsinə rast gəlinmir. Qeyd edək ki, uşaq nikahlarına daha çox Niger, Çad, Banqladeş, Qvineya, Mozambik, Mali, Cənubi Sudan və Malavidə rast gəlinir. Cənubi Asiyada  gəc qızların 50%-i 18 yaşına qədər ailə həyatı qurur. Proqnozlara görə, 2011-2020-ci illərdə 140 milyon qız yetkinlik yaşına çatmadan gəlin olacaqlar. Onlardan 50 milyonu nikaha 15 yaşına çatmadan daxil olacaq. UNFPA qeyd edir ki, erkən nikahlar qızları bir çox imkanlardan məhrum edir, onların sağlamlıq problemlərinin, zorakılıq və sərt rəftarın qurbanı olma ehtimallarını artırır.

Sizin Reklam Yeriniz