news Image
2013.03.12
15:20
| A A A
Yaponiya müstəqilliyini qeyd edəcək
Movqe.az xəbər verir ki, Yaponiya  müstəqilliyini əldə etməkdə ona yol açan San Francisko sülh müqaviləsinin qüvvəyə mindiyi 28 apreli müstəqillik günü olaraq qeyd edəcək. Baş nazir Şinzo Abe, ölkənin 2-ci Dünya Müharibəsində məğlub olduqdan sonra 7 il müddətində ABŞ işğalı altında qaldığını az gəncin bilməsi səbəbiylə belə bir xatırlama günü etmək istədiyini söyləmişdi. Kabinet bu gün verdiyi qərarla, 28 apreli "müstəqilliyin bərpası günü" olaraq qeyd edəcək. Mərasimə İmperator Akihito və  Miçiko da qatılacaq. Yaponiya 2-ci dünya müharibəsindən sonra 1945-1952 illər arasında Amerikanın rəhbərliyi altında qalmışdı. San Francisco Barış Sazişilə Tokio, müstəqilliyini ABŞ-dan geri aldı. Lakin Okinava adaları, 1972-ci ilə qədər ABŞ-ın tərkibində qaldı. Buna görə bəziləri, 28 aprelin müstəqillik günü olaraq qeyd edilməsinə qarşı çıxır. Okinavalıların etirazlarına cavab olaraq hökumət nümayəndəsi Yoşihide Suqa, "Okinavalıların yaşadığı çətinlikləri unutmayacağıq." deyib.