Əlaqə Arxiv
news Image
2013.03.13
17:37
| A A A
600 min uşağa elektron sağlamlıq kartı verilib
"İndiyədək 600 min uşağa elektron sağlamlıq kartı verilib. Yenidoğulmuşların elektron sağlamlıq kartı ilə təminatı davam etdirilir".
Bu barədə Movqe.az-a Səhiyyə Nazirliyin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə bildirib. C. Əsədzadə "sağlamlıq kartı"nda uşağın sağlamlığı barədə bütün tibbi məlumatların yer aldığını söylədi: " Dövlət proqramında "sağlamlıq kartı" elektron səhiyyəyə keçid mərhələlərindən biridir. "Sağlamlıq kartı" sisteminin tətbiqi uşaqların sağlamlığına nəzarət sisteminin təkmilləşdirilməsini və operativ şəkildə sağlamlıqları barədə məlumat bankının yaradılmasını təmin edir. Bu kartda olan məlumatlar (xəstəlik tarixi, cari istifadə edilən dərman preparatları, peyvəndlər, qan qrupu, tibbi sığorta və s.) kart sahibinə operativ və dəqiq müayinə olunmaq imkanı yaradır. Əvvəl xəstə uşaq tibb müəssisəsinə daxil olarkən onun hansı müayinələrdən keçdiyini, sağlamlığı barədə məlumatları kağızlardan axtarmaq uzun vaxt çəkirdi. Amma indi kartı xəstəxanaların qeydiyyat şöbələrində, laborotoriyalarda kompyuterlərə qoşulmuş xüsusi qurğular   vasitəsilə oxuyaraq vaxt itirmədən xəstənin müalicəsinə başlamaq olar".
Nazirlik səlahiyyətlisi gələcəkdə kartda olan informasiyanı təcili tibbi yardım maşınlarında oxumağın da mümkün olacağını bildirdi: "Çağırışa gedən təcili tibbi yardım maşınlarında kartın oxunması üçün qurğu yerləşdirildikdən sonra xəstə uşaqlara ilk tibbi yardım göstərilməsi daha da asanlaşacaq. Kartda uşağın qan qrupu və digər lazımi tibbi məlumatlar yerləşdirildiyindən, onun həyatını xilas etmək üçün dərhal tibbi yardım göstəriləcək".   
C.Əsədzadənin sözlərinə görə, "sağlamlıq kart"ları yalnız 2007-2008-ci illərdə doğulan uşaqlara verilsə də, polikilinikalarda bundan əvvəlki dövrdə dünyaya gələn uşaqların sağlamlığı barədə informasiyalar da toplanır: " Burada yeganə fərq ondadır ki, yenidoğulmuş uşaqlara sağlamlıqları barədə məlumat çip kartın yaddaşına yazılaraq verilir. Digər uşaqların sağlamlığı barədə informasiya isə kompyuterin yaddaşında saxlanılır".





Sizin Reklam Yeriniz