news Image
2012.04.26
17:13
| A A A
Azərbaycanda dövlət qurumları yüzdən çox elektron xidmət göstərir

Movqe.az ölkə saytlarına istinadən xəbər verir ki, bu gün Azərbaycanda dövlət qurumları artıq yüzdən çox elektron xidmət göstərir. Bu barədə Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə məlumat verib. Onun sözlərinə görə, bu rəqəm təqribən 8 dövlət qurumunu əhatə edir. Nazir müavini bildirib ki, e-xidmətlərin sayı gündən-günə artmaqdadır.

E.Vəlizadə əlavə edib ki, vətəndaşların istər kompyuterlə, istərsə də mobil telefonlarla dövlət orqanlarına müraciət etməsini asanlaşdırmaq üçün artıq şlüz yaradılıb: "Eyni zamanda e-hökumətin formalaşdırılmasına ölkədə antikorrupsiya fəaliyyətinin tərkib hissəsi kimi baxılır.

Bu, dövlət qurumlarının şəffaflığının artırılmasına, onların səmərəliliyinin gücləndirilməsinə, üstəlik, məmur-vətəndaş münasibətlərinin daha da yaxşılaşmasına xidmət edir.

Azərbaycan açıq hökumət üzrə əməkdaşlıq təşəbbüsünə də qoşulub. Bu, dünyada yeni vüsət alan təşəbbüsdür. Artıq bir çox dövlətlər bu təşəbbüsə qoşulub. Bununla da Azərbaycan bir sıra məsələləri qarşısına məqsəd kimi qoyub".

Tural QABİLOĞLU

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs