Əlaqə Arxiv
news Image
2013.03.14
11:47
| A A A
Mart qarı Avropanı cənginə aldı

Avropaya qış yenidən qayıdıb. Almaniya, Fransa, İspaniya və Rusiyada yağan qar həyatı iflic edib. Avtomobillər yollarda qalıb, qarın təsiri altına düşən  Almaniyada-Frankfurt yaxınlığındakı şossedə zəncirvari yol qəzasında 30 insan yaralanıb. Onlardan 6 nəfərinin vəziyyəti ağırdır.

Çərşənbə axşamı Fransa və İngiltərə də qara təslim olub. Fransanın paytaxtı Paris bəyaza bürünüb. Güclü yağan qar nəqliyyatın fəaliyyətini pozub. Parisin 19 bölgəsində buzlanmaya qarşı həyəcan təbili çalınıb. 


Soyuq hava dalğası İspaniyadan da yan ötüşməyib. Ölkənin 42 əyalətini qar öz cənginə alıb. Avtomobillər yollarda qalıb. Qar təmizləyən maşınlar işə cəlb olunub.

Rusiyada isə mart ayında son 50 ilin ən güclü qarı gözlənilir. 

Qarın 3 gün boyunca təsiri altına alacağı paytaxt Moskvada mənfi 20 dərəcə soyuq olacağı proqnozlaşdırılır. Bu isə mövsüm normalarına uygun deyil.



Sizin Reklam Yeriniz