Əlaqə Arxiv
news Image
2013.03.14
14:44
| A A A
İrəvanda qarşıdurma olub

Artıq 4-cü gündür ki, İrəvanda Ermənistan müxalifətinin başçısı Raffi Ovanesyanın aclıq keçirdiyi "Azadlıq" meydanında çadır qurmaq istəyi polislə qarşıdurmaya səbəb olub.


ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi xəbərə görə, müxalifətçi "İrs" hərəkatının mətbuat katibi Ovsep Xurşidyan bildirib ki, onlar bununla bağlı şəhər meriyasına müraciət ediblər. Amma mer "Azadlıq" meydanında çadır qurmağı qadağan edib. Xurşidyanın dediyinə görə, merin qadağası Azadlıq meydanın asfalt örtüyü olan sahəsinə aid olduğuna görə müxalifətçilər yaşıl çəmənlikdə çadır qurmağı qərara alıblar. Amma polis onların qarşısını kəsərək qanunu pozduqlarını deyib və çadırların qurulmasına imkan verməyib. 


Baş vermiş qarşıdurmanın açıq toqquşmaya çevrilməsinin qarşısını "İrs" fraksiyasının başçısı Ruben Akopyan alıb. O, vətəndaşları sakitliyə çağırıb ki, dinc mübarizəni davam etdirə bilsinlər.


Sizin Reklam Yeriniz