Əlaqə Arxiv
news Image
2013.03.14
14:04
| A A A
Dövlət Kino Fondu: "Əkrəm Əylislinin ekranlaşdırılmış əsərlərinə tələbat qalmayıb"
"Əkrəm Əylislinin ekranlaşdırılmış əsərlərinə bu gün tələbat olmasa da, Dövlət Film Fondu onun əsərləri əsasında çəkilmiş filmlərin lentlərini qoruyacaq".
Bu sözləri Movqe.az-a Dövlət Film Fondunun baş mütəxəssisi Rəşad Qasımov deyib: "Ola bilsin ki, içi mən qarışıq bu gün heç kəs Əkrəm Əylislinin  nə "Adamlar və Ağaclar" silsilə povestlərindən biri-"Tənha Nar Ağacı" əsasında ekranlaşdırılmış"Tənha narın nağılı" nə dəki "Gilas ağacı" eləcə də digər filmlərinə baxmaq istəməsin. Amma bu filmlər çox gözəl filmlərdir və qorunub saxlanılmalıdır. Hardasa Əkrəm Əylislinin kitabını yandırıblar deyə, onun əsərləri əsasında çəkilmiş kinolara da eyni cür münasibət göstərmək olmaz. Bu kinolentlər arxivdə qorunur və saxlanılır. Əkrəm Əylisli dövrünün ən yaxşı dramaturqu olub. Amma onun "Daş Yuxular" əsəri nə dram əsər ki, nə də ideoloji əsər kimi yararlıdır".

 
Sizin Reklam Yeriniz