news Image
2012.04.26
20:19
| A A A
İran qida anbarı hazırlayır

Movqe.az xəbər verir ki, İran hökuməti, dövlət və hökumət qurumlarına qida saxlamaq üçün 10 qida anbarı tikilməsi təlimatını verib. Xarici KİV-lərin verdiyi məlumata görə son zamanlar İran başda taxıl olmaqla qida ehtiyyatı toplamağa başlayıb.

Ancaq bununla kifayətlənməyən hökumət, dövlət təşkilatlarına və xüsusi sektora başda ət, süd, düyü olmaqla 10 təməl qida anbar inşa etmək təlimatını verib.

ÖDƏMƏ ÇƏTİNLİYİ VƏ NÜVƏ MÜZAKİRƏLƏRİ

İranın bu ölkəyə tətbiq edilən embarqolara görə ödəmə çətinliyi çəkdiyi bilinir. Xüsusilə bu problemin bəzi Avropa ölkələrinə neft satışını dayandırmasının ardınca artığı açıqlanır.

Anbarın tikməsi ilə bağlı göstərişin digər bir səbəbi isə nüvə müzakirələrində istənilən nəticənin çıxmaması vəziyyətində ölkəyə tətbiq olunacaq və davamlı olması gözlənilən qida embarqosudur.

İran gələn ay Bağdadda keçiriləcək müzakirələrdə bu məsələdə mövqeyinin güclü olmasını istəyir.


Tural QABİLOĞLU


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs