Əlaqə Arxiv
news Image
2013.03.15
16:22
| A A A
Əhmədinejad hədiyyələrini satır
Movqe.az xəbər verir ki, iyun seçkilərindən sonra kürsüsünü təhvil verməyə hazırlaşan İran prezidenti Mahmud Əhmədinejad, vəzifəsi müddətində qəbul etdiyi rəsmi hədiyyələri yoxsulların xeyrinə auksion yolu ilə çıxarıb. Keçmiş İran Şahı Rıza Pehlevinin iqamətgahı olan Tehrandakı Sadabad Sarayında təşkil edilən hərracda satılanlar arasında, lüks saatlardan tutmuş ləl-cəvahirata qədər çox sayda qiymətli əşya var. Əhmədinejadın bir çox rəsmi sənəd müqaviləni imzaladığı qələmi isə təxminən 8670 manata satılıb Üzərində almazlar olan "Mont Blanc" marka avto qələmi, 1930-cu illərin sonunda tanınmış komedian Çarli Çaplin xatirəsinə yalnız 88 dənə çıxarılmışdı. Açıq hərracda əldə edilən 600 min lirə, döyüş qaziləri, dul uşaqlı xanımlar üçün mənzil tikintisinin maliyyəsində istifadə ediləcək.
Sizin Reklam Yeriniz