news Image
2013.03.15
16:59
| A A A
MTRŞ qadın bezləri ilə bağlı telekanallara tövsiyyə verdi
"Bizdə reklamlarda xüsusi açıq-saçıqlıq yoxdur. Amma telekanallara tövsiyyə etmişik ki, bəzi reklamları, məsələn, qadın bezlərinin reklamını axşam saat 11-dən sonra efirdə yayımlasınlar. Düzdür bununla bağlı qanunvericilikdə qadağa yoxdur, amma  ümumi qaydalarda nəzərdə tutulur ki, bu cür reklamlar saat 11-dən sonra efirə verilsə yaxşıdır". Bu sözləri Movqe.az-a açıqlamasında Milli Teleradio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov məlumat verib. Onun sözlərinə görə, aparılan monitorinqlər zamanı bəlli olub ki, Azərbaycan telekanallarında bu tip reklamlar, qadın bezlərinin reklamında açıq-saçıqlığa yol verilmir: "Yəni etik qaydalara riayət edilməklə bu cür məhsullar reklam edilir. Amma yenə də, bu cür reklamların efirə yayımlanması saat 11:00-dan sonraya tövsiyyə olunur".