Əlaqə Arxiv
news Image
2013.03.18
12:16
| A A A
Çin son 20 ildə ilk dəfə böyük silah ixracatçılarının beşliyinə daxil olub
Çindən başqa reytinqə ABŞ, Rusiya, Almaniya və Fransa da düşüb

Movqe.az-ın  İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Çin son 20 ildə ilk dəfə böyük silah ixracatçılarının beşliyinə daxil olub.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu 2012-ci il üçün silah satışı üzrə hesabatını açıqlayıb. Hesabata görə, son beş il ərzində silah satışı, əvvəlki illərə nisbətən 17 faiz artıb.


Rusiya ABŞ-dan sonra ikinci yerdə durur. ABŞ bu bazar seqmentinin 30%-ni, Rusiya isə 26%-ni təşkil edir. Beşliyə, həmçinin, Almaniya və Fransa da daxildir. 


Silah idxalçılarının ilk beşliyinə isə, Hindistan, Çin, Pakistan, Cənubi Koreya və Sinqapur daxil olub.

Beləki, Rusiya ixracatının əsas hissəsini hava texnikası və raket sistemi müvafiq olaraq, 46% və 20% təşkil edir. Bunun 65%-i Asiya və Okeaniya ölkələrinə, 9%-i isə Yaxın Şərq ölkələrinə çatdırılır.


Qeyd edək ki, Rusiya hərbi texnikasının ən böyük idxalçısı Hindistan olub. 

Ondan başqa, aparıcı beşliyə Çin , Əlcəzair, Vyetnam və Venesuela daxildir.





Sizin Reklam Yeriniz