Əlaqə Arxiv
news Image
2013.03.18
12:57
| A A A
TQDK qanunsuzluqlar aşkarladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən martın 17-də respublikanın bütün peşə liseylərinin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanları keçirilib. TQDK-nın mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, respublika üzrə 29 imtahan mərkəzində baş tutan imtahan 2 saat müddətində aparılıb. İlkin məlumatlara əsasən, müxtəlif binalarda 28 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən mobil telefonla imtahan binasına keçməyə cəhd,  imtahanın gedişinə mane olma və köçürmə hallarına görə imtahandan xaric edilib və nəticələri ləğv olunub. Qeyd edək ki, müxtəlif binalarda imtahana buraxılış zamanı 4 nəfərin başqasının yerinə imtahana girməyə cəhd etdiyi aşkarlanıb. Hazırda TQDK-da baş verən bu qayda pozuntusuna görə müvafiq araşdırma aparılır. Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin martın 19-dək elan olunması nəzərdə tutulur.

 


Sizin Reklam Yeriniz