news Image
2013.03.18
15:08
| A A A
1 milyon insan Vatikana gedir
Movqe.az xəbər verir ki, İtalyanın paytaxtı Roma buradakı Vatikan şəhəri yeni Papa 1.Francesco 'nun taxta çıxma mərasimi üçün hazırlaşır. Sabah keçiriləcək mərasimdə dünyanın hər tərəfindən 1 milyondan çox insananın iştirak etməsi nəzərdə tutulur. Həmçinin Almaniya, Amerika Türkiyənin aralarında olduğu bir çox ölkədən təxminən 150 nümayəndənin mərasimdə iştirak edəcəyi qeyd edilib. Sabah yerli vaxtla 11.30 'da başlayacaq mərasim üçün Almaniya Baş naziri Angela Merkel, Amerika Birləşmiş Ştatları sədr müavini Joe Biden başda olmaqla 150 ölkədən gəlmiş nümayəndənin iştirak edəcəyi qeyd edilib. Roma Bələdiyyə rəhbəri Gianni Alemanno sabahkı mərasim üçün təhlükəsizlik tədbirlərinin alındığını, nəqliyyatda problem yaşanmaması üçün metro istifadəsinin saat 05.30 -14.00 arasında havayı olacağını bildirib.