news Image
2013.03.18
11:47
| A A A
"Dəmir leydi" artıq heç kəsi xatırlamır
Movqe.az xəbər verir ki, İngiltərənin "Dəmir Leydi"si olaraq tanınan keçmiş Baş naziri 87 yaşlı Marqaret Tetçerin artıq yaxın dostlarını belə tanımadığı bildirilib. Keçmişdə Tetçerin hökumətində vəzifə alan və təkrarən keçmiş Baş nazirlə olan yaxın əlaqəsi ilə tanınan Lord Arçer, "Maggie ən yaxın yoldaşlarımdan biriydi. İndi onu ziyarət edəndə kim olduğumu xatırlaya bilmir "deyib. İngiltərənin ilk və  tək qadın baş naziri olan və təkrarən üç seçki qazanan Marqaret Tetçer on il əvvəl bir neçə dəfə iflic keçirmişdi. İllərdir ağır yaddaş itkisi problemləri yaşayan Tetçer, cəmiyyət qarşısına çıxmır. Keçmiş Baş nazirin həyatı 2011-ci ildə "Dəmir Leydi" adlı bir filmə mövzu olmuşdu