news Image
2013.03.18
17:04
| A A A
"Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"na dəyişiklik edilib
Rezidenturaya qəbul planını Təhsil üzrə Komissiya təsdiqləyəcək

Movqe.az-ın Nazirlər Kabinetindən aldığı məlumata görə, "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"na dəyişiklik edilib. Bu qaydalara əsasən, Azərbaycan Respublikası vətəndaşlarının rezidenturaya qəbul planı Səhiyyə Nazirliyinin təklifinə əsasən, hazırlanaraq Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya təqdim ediləcək.


Qeyd edək ki,bu vaxta qədər rezidenturaya qəbul planı hər bir ixtisas üzrə həkim-mütəxəssislərə ehtiyac nəzərə alınmaqla, Səhiyyə Nazirliyi tərəfindən müəyyənləşdirilir və Nazirlər Kabineti tərəfindən təsdiq edilirdi.