Əlaqə Arxiv
news Image
2013.03.19
14:05
| A A A
Dərsliklərlə bağlı yenidən müzakirə aparılacaq
"Dərsliklərlə bağlı bir ortaq məxrəcə gələcəyik. Burada hərə öz inadını yeridə də bilməz. Yəqin ki, dərsliklərin monitorinqi prosesi yekunlaşdıqdan sonra bu məsələni yenidən müzakirə edəcəyik". Bu sözləri Movqe.az-a  Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı deyib. Şöbə müdirinin sözlərinə görə, dərsliklərdəki iradların əksəriyyətini müəlliflər əsassız sayır: "Axı dərsliklər də elə-belə ərsəyə gəlməyib. Dərsliklərin üzərində müəlliflər işləyib, Qiymətləndirmə Şurasının ekspertləri çalışıb. İnad etməyə qalası olsa onda bu tərəf də özünü haqlı sayır. Düzdür, dərsliklərdə səhvlər var. Mən də onun tərəfindəyəm ki, dərsliklər təkminləşsin. Amma elə iradlar var ki, onları səhv hesab etmək də olmaz. Irad tutulur ki, niyə əlifbada mətn dolğun verilmir. Axı əlifbada mətn necə dolğun verilə bilər? Üç hərfdən ibarət sözə necə mətn tərtib etmək olar? Biz istəyirik ki, bu monitorinqlərin nəticəsi yaxşı olsun. Amma inadla yaxşı nəticə də əldə etmək olmaz. Yəqin ki, bu məsələ yenidən müzakirə ediləcək".

      

Sizin Reklam Yeriniz