news Image
2013.03.19
15:39
| A A A
Vaşinqtonda Novruz bayramı qeyd olunub

Movqe.az xəbər verir ki, ABŞ-ın paytaxtı Vaşinqtonda Türk respublikalarının ortaq iştirakı ilə Novruz bayramı qeyd olunub. Proqramın keçirildiyi bölgədəki bələdiyyə başçılarının da qatıldığı təşkilatda dostluq mesajları verilib. Amerika Türk Dostluq Dərnəyi (ATFA) Avrasiya Amerika Mədəniyyət Mərkəzinin (EACA) birlikdə təşkil etdiyi Novruz proqramında aralarında Türkiyə, Azərbaycan Qırğızıstanın da olduğu 7 ölkə iştirak edib. Azərbaycan səfiri Elin Süleymanov proqramdan sonra etdiyi şərhdə, ATFA EACA'nın iki ildir bu təşkilatçılığı birlikdə hazırladıqlarını söyləyib. Türk dünyası Türk xalqlarını bir araya gətirmənin əhəmiyyətini vurğulayan Süleymanov, "Biz bunu tamamilə dəstəkləyirik. Bu gün görürük ki həqiqətən Türk xalqları bir araya gəlmiş, bir yerdə birləşmiş bayram günündə bir yerdə olurlar. Bu çox yaxşıdır" deyib.