news Image
2013.03.19
17:41
| A A A
Sürüşmə olub
Movqe.az xəbər verir ki, Braziliyada Rio da Janeironun şimalında başqa bir dağ qəsəbəsində meydana gələn torpaq sürüşməsində ölənlərin sayı 16-a çatıb. Əyalət qubernatoru Sergio Kabral, Petropolisdə təşkil etdiyi mətbuat konfransında, 2-si xilasetmə işçisi olan 16  nəfərin həlak olduğunu deyib. Cabral, əyalət sakinlərinin bölgəni dərhal tərk etməsi çağırışında olub. Bölgəyə 24 saatda bir aya bərabər yağışın düşdüyünü söyləyib. Rio əyalətində, 2011-ci ildə həddindən artıq yağışların səbəb olduğu torpaq sürüşmələrində, 900 nəfər həlak olub, minlərlə insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.