news Image
2013.03.20
13:33
| A A A
Rəhim Qazıyev sərbəst buraxılıb
Martın 19-u axşam saatlarında saxlanılan keçmiş müdafiə naziri Rəhim Qazıyev gecə saatlarında sərbəst buraxılıb. Movqe.az-ın məlumatına görə, Rəhim Qazıyev "Azadlıq" qəzetinə deyib ki, evindən çıxaraq "Azadlıq" radiosuna verilişə gedərkən Memarlıq və İnşaat Universitetinin yaxınlığında onu saxlayaraq, DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. 

Dediyinə görə, idarədə ona son vaxtlar mətbuatdakı çıxışları ilə bağlı xəbərdarlıq ediblər. Keçmiş müdafiə naziri kameralardan birində 2 saat saxlandıqdan sonra sərbəst buraxılıb.