Əlaqə Arxiv
news Image
2013.03.21
16:22
| A A A
Avropa Birliyi Ermənistana səslənib
Movqe.az xəbər verir ki, Avropa Birliyi (AB), Ermənistandan Metsamor nüvə stansiyasının fəaliyyətini dayandırmasını istəyib. AB-nin Ermənistan Ofisi müdiri Traian Hristea, təşkil etdiyi mətbuat konfransında, "Avropa Qonşuluq Siyasəti" Ermənistan Hesabatının ictimaiyyətlə paylaşıb. Hristea, Metsamor stansiyasının, Ermənistan-AB əlaqələrinin gündəmindəki ən əhəmiyyətli mövzulardan biri olduğunu bildirib. Stansiyanın hələ də fəaliyyətini davam etdirməsinə narahatlıq duyduqlarını ifadə edən Hristea, "stansiyanın fəaliyyətinin dayandırılması üçün qısa zamanda bir proqram hazırlanması üçün Ermənistan hökumətinə müraciət etdik. Stansiya fəaliyyəti başa çatdıqdan sonra, Ermənistanın enerji təhlükəsizliyini təmin etmək üçün Ermənistan hökuməti ilə alternativ qərarları müzakirə etməyə hazırıq" deyə bildirib.
1970-ci illərdə inşa edilən stansiya, qondarma Ermənistanın paytaxtı İrəvana 32 km, uzaqlıqda yerləşir.
Köhnə sovet texnologoyası ilə inşa edilən nüvə stansiyası zəlzələ bölgəsində olduğu üçün həm qondarma Ermənistan dövləti,  həm Türkiyə, həm Azərbaycan həm də  digər qonşu ölkələr üçün təhlükə yaradır.
Sizin Reklam Yeriniz