Əlaqə Arxiv
news Image
2013.03.23
11:27
| A A A
BMT baş katibinin Beynəlxalq Novruz günü münasibətilə təbriki yayılıb
"Mən bu bayramı qeyd edənlərə ən yaxşısını arzu edirəm və ümid edirəm ki, bütün insanlar təbiətin gözəlliyini seyr etmək, baharın gəlişini səbirsizliklə gözləmək və dünyanı yarada bilən təbiətin gücü barədə düşünmək üçün bu bəhanədən istifadə edəcəklər"-deyə BMT baş katibi Pan Gi Mun martın 21-də qeyd olunan Beynəlxalq Novruz günü münasibətilə öz təbrikini çatdırıb.

Novruz tək ölkələri birləşdirmir, bu bayram bizə xatırladır ki, planetimizin qədrini bilməliyik, təbiətin gözəlliyini və baharın gəlişini mədh etməliyik".

Pan Gi Mun onu da əlavə edib ki, Novruz bu bayramı qeyd edənləri və sadəcə bu bayramın mövcudluğundan xəbərdar olanları ətraf mühitin qorunmasına ilhamlandıra bilər.

BMT baş katibi qeyd edib ki, bir sıra ölkələr Novruzun YUNESKO-nun qeyri-maddi mədəni irs nümunələrinin reprezentativ siyahıya daxil etməsi təşəbbüsü ilə çıxış edib: "Azərbaycan, Hindistan, İran İslam Respublikası, Qırğızıstan, Pakistan, Türkiyə və Özbəkistanın birgə səyləri birliyin və müxtəlifliyin dəyərini sübut edir".
Sizin Reklam Yeriniz