Əlaqə Arxiv
news Image
2013.03.24
12:59
| A A A
İlqar Mikayıloğlu: "Toğrul idmançıdır"-Eksklüziv

"Toğrul idmançıdır. Bu zədə onun üçün adi bir zədədir.  Bu hadisə hərbidə olan hər bi əsgərin başına gələ bilər".

Bu sözləri Movqe.az-a açıqlamasında Gülər Əhmədovanın qardaşı İlqar Mikayıloğlu bildirib. İlqar Mikayıloğlu Toğrulun idmanın əlbəyaxa döyüş və ağırlıqqaldırma növləri ilə məşğul olduğunu söylədi: "Toğrulun başına gələn hadisənin şişirdilməsinə heç bir gərək yoxdur. Bu hadisənin qərəzli, qəsdən baş verməsindən isə söhbət gedə bilməz. Mən Toğrulun hərbi xidmət keçdiyi hərbi hissədə olmuşam. Və oradakı şəraitdən, əsgərlərə göstərilən münasibətdən də xəbərdaram. Toğrulun hərbi xidmət keçdiyi hərbi hissədə nəinki mənim bacımın oğluna, heç bir əsgərə qarşı sayqısız davranma ola bilməz. Mən buna görə həmin hərbi hissənin komandirinə, zabitlərə dərin minnətdarlığımı bildirirəm. Və baş vermiş anlaşılmazlığa görə, onlardan üzr istəyirəm. Toğrulun başına bu hadisə gələn zaman mən bir daha dövlətin, DSX-nın hərbi heyytəninin öz əsgərinə necə münasibət göstərdiyinin, necə can yandırdığının şahidi oldum. Onların hər biri Toğrulun zədə almasından narahatçılıq keçirirdilər. Buna görə, onlara minnətdaram. O ki, qaldı Toğrulun qolunun sınmasına, bu Toğrul üçün adi bir zədədir. İdmanla məşğul olan, hərbi xidmətdə olan hər kəs bilir ki, bu cür hadisələr təlim zamanı baş verə bilər.  Toğrul sağaldıqdan sonra yenidən hərbi hissəyə qayıtdacaq və onun üçün şərəf olan hərbi xidmətini davam etdirəcək".

 

Sizin Reklam Yeriniz