news Image
2013.03.27
10:07
| A A A
Latviyanın sabiq dövlət və hökumət başçıları Azərbaycana səfər edəcəklər

Latviya Respublikasının sabiq prezidentləri Vaira Vike-Freiberga və Valdiz Zatlers, bu ölkənin sabiq baş naziri Valdis Birkavs Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə reallaşdırılan Birinci Cənubi Qafqaz Forumu çərçivəsində Azərbaycanda səfərdə olacaqlar.


Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən lent.az-a verilən məlumata görə, Vaira Vike-Freiberga Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının həmsədri olaraq 4-5 may tarixlərində Gəncə şəhərində keçiriləcək Qəyyumlar Şurasının toplantısında iştirak edəcək.


Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci il sentyabr ayında Vaira Vike-Freiberga, Qırğızıstanın sabiq prezidenti Roza Otunbayeva, Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldinin dəstəyi və rəhbərliyi ilə yaradılmış beynəlxalq qeyri-siyasi və qeyri-kommersiya təşkilatıdır.