Əlaqə Arxiv
news Image
2013.03.27
10:52
| A A A
Bu günə olan hava məlumatı

Movqe.az-ın  Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən aldığı məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 27-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi arabir güclənəcək. 

Havanın temperaturunun gecə 4-7, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarında

Martın 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, axşam bəzi qərb rayonlarında az yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 15-20, bəzi yerlərdə 24 dərəcəyədək isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 8-13, bəzi yerlərdə 16 dərəcəyədək isti olacağı gözlənilir.


Sizin Reklam Yeriniz