news Image
2013.03.27
16:06
| A A A
Azərbaycana idxal edilən "Samsung" telefonlarından uşaqlarımıza böyük təhlükə
"Samsung" şirkəti Azərbaycana ixrac etdiyi mobil telefonlara intiharı təlqin edən oyunlar yükləyir Koreyanın "Samsug" şirkətinin Azərbaycana ixrac etdiyi mobil telefonlara uşaqlar üçün təhlükəli oyun proqramları yüklənilir. Movqe.az xəbər verir ki, Azərbaycanda satılan  yeni model "Samsung" mobil telefonlarında intiharı təlqin edən "Hanqman- Veşelka" http://www.youtube.com/watch?v=HG7EQ5bskFc oyun proqramı ilə təmin olunub. Bu oyun proqramında azyaşlı uşağı asmağın yolları açıq-aydın təsvir olunur. Oyuna daxil olan an iplə bağlanmış asılqanın  altında azyaşlı bir uşaq təsvir olunur. Davam et düyməsini vurduqdan sonra əlifbanın sıralanmış hərflərinin aşağısında uşağın hərəkətdə olan şəkli görsənir.  Həmin hərflərin üzərinə gəldikdə qələmlə əvvəlcə uşağın ayağının altına stul , daha sonra asılqan şəkli çəkilir. İstənilən hərfi basdıqdan sonra asılqana ip bağlanır və həmin ip azyaşlının boğazına keçirilir. Daha sonra isə növbəti hərfi basdıqda uşağın ayağının altındakı stul çəkilir və uşağın intihar etməsi mənzərəsi canlanır. Oyun başa çatdıqdan sonra oyunu oynayan şəxsə hansı sözü qazanması barədə məlumat verilir. "Veşelka" oyununda beləcə intiharın yolları açıqca təsvir edilir. Psixoloqlar isə "Samsung" mobil telefonlarına yüklənilən "Veşelka" oyununun azyaşlıları intihara sürükləmə təhlükəsi ilə bağlı həyəcan təbili çalırlar. Psy Lab- Psixologiya və Fərdi İnkişaf Mərkəzinin psixoloqu Orxan Oruc Movqe.az-a açıqlamasında bildirib ki, "Samsung" şirkətinin Azərbaycana ixrac etdiyi mobil telefonlara yüklədiyi "Veşelka" oyunu azyaşlıların psixikasına mənfi təsir edərək onlara intihar etməyin yollarını öyrədir. Psixoloq deyir ki, hazırda uşaqlar arasında mobil telefon istifadəçilərinin sayı günü-gündən artır: " Uşaqlar gördüklərini olmuş hadisə kimi qəbul edirlər. Onlar oyunlarda oyladıqları obrazları real həyatda canlandırmağa çalışırlar. Uşaqlar beləcə risk qalmır. Onlarda  vərdiş yaranmağa başlayır. Elə hesab edirlər ki, oyunda olduğu kimi, öldükdən sonra dirilmək mümkündür. Real həyatda ölüm üçün bir dəfə risk etmək mümkün olduğu halda, uşaqlar oyunda intihar etdikdən sonra dirilməyin mümkünlüyünü görüb ölümə risk edirlər. Onlar elə bilirlər ki, oyunda olduğu kimi intihara bir neçə dəfə çəhd edə bilirlər. Bunu sınaqdan keçirdikdə isə ölümlə nəticələnir".
Ümumiyyətlə psixoloq deyir ki, bu cür oyunlar uşaqlarda aqressivlik yaradır: "Virtual olaraq müəyyən düymələri basmaqla bir uşağı asan uşaq bunu həm özünə, həmçinin də başqasına tətbiq edə bilər. Çünki, uşaq artıq intihar etməyin yollarını bu oyunla öyrənmiş olur. Bilir ki, bunun üçün asılqana əvvəlcə ip bağlamaq lazımdır. Daha sonra ayağın altına bir stul qoymaq, həmin stulu itələmək, yaxud ayağını çəkməklə intihar etmək olar. Oyunlarda intiharın yollarının təsviri qəti yolverilməzdir. Bu oyunların mobil telefonlara yüklənilməsi isə daha pis nəticələrə gətirib çıxarda bilər. Ola bilər ki, hansısa uşaq internetə daxil olan zaman bu oyunla rastlaşmasın. Amma bu oyun proqramını mobil telefona yükləməklə sanki, uşaq, intihara təhrik edilir".
O. Oruc bu təhlükəli oyun proqramının Azərbaycana ixrac edilən "Samsung" telefonlarına yüklənilməsinin məqsədli olub-olmamasını söyləməyin çətin olduğunu deyir. Onun sözlərinə görə, bu araşdırılmalıdır.
"Samsung" şirkətinin Azərbaycanda rəsmi distribüteri İnteqral şirkəti olduğundan, bizdə suallarımızı həmin şirkətə ünvanladıq. Şirkətdən bildirdilər ki, Samsung mobil telefonlarını Azərbaycana İnteqral şirkəti idxal edir. Amma şirkətdən mobil telefonlara oyun proqramlarının yazılışını onların həyata keçirmədiyini söylədilər: "Mobil teefon istehsal edilib zavoddan satışa buraxılanda proqramlar yazılır. Oyun proqramları ilə də mobil telefonu, Samsung şirkətinin özü təmin edir. Daha bilmirik "Veşelka" oyunu başqa ölkələrə ixrac olunan telefonlara yüklənilir ya yox? Heç biz buna fikir də verməmişik. Çünki bizə aidiyyatı olmayan məsələdir. Biz həmin şirkətin rəsmi distribüteriyik, telefonlarını Azərbaycana idxal edərək satırıq. Yerdə qalan məsələlərin bizə aidiyyatı yoxdur. Bu sualınızı Koreyaya "Samsung" şirkətinə ünvanlayın. "Samsung" şirkətinin rəsmi saytında isə bu şirkətin mallarını  ixrac  etdiyi bütün ölkələrin siyahısı olsa da, Azərbaycanın adı olmadığından suallarımızı göndərə bilmədik.