news Image
2013.03.27
16:49
| A A A
KÜR-dən TP-Link modemləri ilə bağlı açıqlama
"Kür Elektron Avadanlıqların İstehsalı MMC artıq TP-Link modemlərinin Azərbaycana gətirilməsini iki ildir ki dayandırıb. İndi bu modemlərdə hansısa problemin olmasından xəbərimz yoxdur. O vaxt bu modemlərdən kütləvi şikayət olduğundan biz idxalı dayandırdıq. Çünki istehsalçı şirkət modemlərindəki problemlərin aradan qaldırılmasına bizə yardım etmədi. O ki, qaldı, TP-Link modemlərində bekdorun aşkarlanmasına bu mümkün ola bilər. Ümumiyyətlə modemlərin əksəriyyəti ilə lokal şəbəkənin istifadəçisi qurğu üzərində tam nəzarəti əldə edə bilər. Hətta bəzi antivirus proqramları vasitəsi ilə də bu mümkündür".
Bu sözləri Movqe.az-a açıqlamasında TP-Link modemlərinin idxaqlçılarından olan Kür Elektron Avadanlıqların İstehsalı MMC-nin Baş  direktoru Rizvan Osmanov söyləyib: "4 çıxışlı TP- Link modemlərində bu mümkündür.  Hətta kompyuterlərə müəyyən proqramlar yükləməklə də, lokal şəbəkənin istifadəçisi qurğu üzərində tam nəzarəti həyata keçirə bilər".
Qeyd edək ki,  Azərbaycanda çox geniş yayılan TP-Link modemlərində bekdorun aşkarlanıb. "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, Azərbaycanda internet istifadəçilərinin demək olar ki, yarıdan çoxunun istifadə etdiyi TP-Link vasitəsi ilə onlara nəzarət etmək mümkün imiş. Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərən Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin yaydığı informasiyaya görə, informasiya təhlükəsizliyi ilə məşğul olan "Sekurek layihəsi" TP-Link şirkətinə məxsus ötürücülərdə bekdorun olması haqda məlumat yayıb. Bu bekdorun köməyi ilə lokal şəbəkənin istifadəçisi qurğu üzərində tam nəzarəti əldə edə bilər. Təhqiqatçılar boşluğun istismarı üçün POC-kodu təqdim etdilər, hansı ki, "TL-WDR4300" və "TL-WR743ND" kimi ötürücülər də yayılıb. Bekdoru istismar edərkən haker şəbəkə qurğusuna tam idarəetməni əldə edə bilər. "Sekurek"in əməkdaşları TP-Link - in rəhbərliyinə yaranan boşluq haqda məlumat veriblər. Lakin əks-tərəfdən heç bir addım atılmayıb. Məlumat üçün bildirək ki, TP-Link — kompüter və telekommunikasiya avadanlığının istehsalçısıdır. Şirkətin əsası Çinin Şençjen şəhərində 1996-cı ildə qoyulub. İki qardaşın - Djandjun Djaonun və Djaosin Djaonun yaratdığı şirkət artıq bir dünya brendinə çevrilib. TP-Link adı "Twisted Pair"in qısaldılmış formasıdır, mənası isə "burulmuş cütlük" deməkdir. Burada "link" sözü isə "birləşmə" mənasını ifadə edir. Şirkət 2005-ci ildə dünya bazarına çıxıb. 2007-ci ildə Sinqapurda və Hindistanda şirkətin nümayəndəlikləri açılıb. 2008-ci ildə ABŞ-da və Almaniyada ofisləri fəaliyyətə başlayıb. 2009-cu ildə Rusiya bazarında böyük üstünlüklər əldə edib və ofis açaraq geniş sferada fəaliyyət göstərib.
Bunun ardınca isə, yəni 2011-ci ildə Polşada və Ukraynada ofislər açılıb. 2009-cu ildə şirkət "SOHO" bazarında şəbəkə avadanlığının təchizatçılarının arasında Çində "China's Top 100 Computer Suppliers"də birinci yerə layiq görülüb.
2010-cu ildə şirkət Çində elektronikanın istehsalçılarının arasında 42-ci yeri tutub və bununla da modem istehsalçısı olan "ADSL" şirkətlərinin arasında birinci yerə yüksəlib.