Əlaqə Arxiv
news Image
2013.03.28
10:27
| A A A
Bu günə olan hava məlumatı

Movqe.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumatıa görə, Bakıda və Abşeron yarımadasında martın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir. Səhər və axşam ayrı-ayrı yerlərdə duman olacağı, gecəyə doğru havanın tutulacağı, yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. 

Havanın temperaturunun gecə 4-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarında

Martın 28-də gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam Böyük Qafqazın bəzi rayonlarında havanın az yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 13-18 isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9, bəzi yerlərdə 12 dərəcəyədək isti olacağı gözlənilir.

Sizin Reklam Yeriniz