Əlaqə Arxiv
news Image
2013.03.28
11:55
| A A A
Həkimlərin imtahanla işə qəbulu rayonlarda həkim çatışmazlığına son qoyacaq
Anar Qədirli: "İmtahan verənlərin arasında rayonlardakı tibb müəssisələrindəki vakant yerlərdə çalışmaq arzusunda olanlarda var" "Həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə imtahan ilk dəfədir ki, keçirilməsinə baxmayaraq, imtahan normal keçir. İmtahanda 110 həkim iştirak edir. Yerdə qalan 40 həkim isə aprelin 2-də imtahana qatılacaq".
Bu məlumatı Movqe.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli verib. A. Qədirli bildirdi ki, imtahan verənlərin arasında rayonlardakı tibb müəssisələrindəki vakant yerlərdə çalışmaq arzusunda olanlarda var: "İmtahan zalında Tovuzdakı tibb müəssisəsindəki vakant yerə namizəd də var. Ümumiyyətlə imtahanda iştirak etmək üçün sənəd verənlərin arasında rayonlardakı tibb müəssələrindəki vakant yerlər uğrunda mübarizə aparanlar var. İmtahan iki saata yaxındır ki, davam edir. Artıq başa çatmaq üzrədir. Şikayətlənən, narazılıq edən yoxdur. Hər şey normaldır". 
Qeyd edək ki, Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasında təşkil olunan qəbul imtahanında iştirak etmək üçün həkimlərin sənədlərinin qəbulu fevralın 18-dən martın 19-dək aparılıb. Bir ay ərzində 2000-dən çox vakant yerdən yalnız 100-nə 150 nəfər sənəd verib. Bu gün keçirilən imtahanın nəticələri sabah açıqlanacaq. Birinci mərhələdə test imtahanı zamanı namizədlər ümumilikdə 50 suala cavab verəcəklər ki, bunun 40-ı sırf ixtisasla, 10-u isə müvafiq qanunvericiliklə bağlı olacaq. İmtahanın nəticəsi qısa müddət ərzində açıqlanacaq. Test imtahanında uğur qazanacaq namizədlər müsahibə mərhələsinə buraxılacaqlar. Qeyd edək ki, bu ildən etibarən "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə bağlı Səhiyyə Nazirliyi Kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına əsasən Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.

 

Sizin Reklam Yeriniz