Əlaqə Arxiv
news Image
2013.03.28
12:49
| A A A
Dərmanlar qiyməti dövlət tərəfindən tənzimlənən mallar siyahısına salınacaq
"Dərmanlar üçün vahid qiymət siyasətinin tətbiqi üçün hələ təkliflər hazırlanmalıdır. Bu təcrübə Azərbaycan üçün yeni olduğundan, hazırda başqa ölkələrin təcrübəsi öyrənilir. Ölkə prezidentinin "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə Fərmanına görə, Nazirlər Kabineti iki ay müddətində dərman vasitələrinin qiymətləri və onların ekspertizasının tarifləri ilə bağlı yeni tənzimləmə mexanizminə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Yəni hazırda təcrübə öyrənilir ki, təkliflər verilsin".
Bu barədə Movqe.az-a Tarif Şurasından məlumat verilib. Şuradan onu da bildiriblər ki, dərman vasitələrinin qiymətinin dövlət tərəfindən tənzimlənməsi üçün öncə dərmanlar qiymətləri Tarif Şurası tərəfindən tənzimlənən mallar siyahısına əlavə ediləcək. Qeyd edək ki, yaxın vaxtlarda ölkədə bütün apteklərdə satılan dərmanlar üçün vahid qiymət siyasətinin tətbiqi nəzərdə tutulur. Səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında deyib ki, dünya ölkələrinin bir çoxunda, Avropa ölkələrində dərmanlar üçün vahid qiymət tətbiq edilir. Nazir müavini vurğulayıb ki, bu sistem tətbiq edildikdən sonra artıq dərmanların üzərində qiymət yazılacaq: "Burada topdansatış müəssisəsinin, aptek müəssisəsinin konkret, bəlli bir faizi olacaq. Dərman preparatlarının üzərində Avropa ölkələrində olduğu kimi vahid qiymət olacaq. Respublikanın regionundan asılı olmayaraq, hər yerdə dərmanlar vahid qiymətlə satılacaq".
Sizin Reklam Yeriniz