Əlaqə Arxiv
news Image
2013.03.28
14:12
| A A A
Mandela xəstəxanaya yerləşdirildi

Cənubi Afrikanın keçmiş dövlət başçısı Nelson Mandela ağciyər infeksiyasının yenidən baş qaldırılması səbəbindən xəstəxanaya yerləşdirilib.

Dövlət başçısı Jacop Zuma, 94 yaşındakı liderə keçmiş olsun diləklərini çatdıraraq, həkimlərin Mandela üçün əllərindən gələni etdiklərini bildirib.

Zuma, başda Cənubi Afrika olmaqla, bütün dünyaya Mandelaya görə, dua etmələri üçün səslənib. Qeyd edək ki, Mandela bu ayın əvvəlində də təkrar sağlamlıq müayinəsi üçün 24 saat xəstəxanada qalmışdı. 


Xatırladaq ki, irqçiliklə mübarizənin simvol adı Nelson Mandela, dekabrın 8-də paytaxt Pretoriyada xəstəxanaya yerləşdirilmişdi.Ağciyər infeksiyasından müalicə alan Mandelanın ödündəki daşlar da götürülmüşdü.


Sizin Reklam Yeriniz