"Uşaqlar arasında
toksiki allergik xəstəliklər və göbələk xəstəlikləri artıb. Yaz
fəsli ilə əlaqədar isə maya göbələkləri çoxalıb, eləcədə allergik
xroniki xəstəliklər kəskinləşib."
Bu məlumatı Movqe.az-a 3 saylı Uşaq Dəri-Zöhrəvi Dispanserininin
şöbə müdiri Hürriyyə Qarayeva verib. H. Qarayeva deyir ki, yaz
fəsli ilə əlaqədar bəzi ağacların çiçəklərinin qoxusu da bəzən
uşaqlarda allergiyaya səbəb olur. Onun sözlərinə görə, uşaqlar
arasında pullu dəmirov dəri xəstəliyinin də artımı müşahidə olunur:
"Ən geniş yayılan dəri-zöhrəvi xəstəliklər arasında
stafilotodermiya və göbələk xəstəlikləri də var".
Şöbə müdiri bildirib ki, dəri-zöhrəvi xəstəliklər yaş qrupuna görə
də dəyişir: "Atopik dermatit, dermatit, ekzema, allergik dermatit
kimi xəstəliklərə əsasən 0 yaşdan 8 yaşadək uşaqlarda rast
gəlinir".
Həkim dəri-zöhrəvi xəstəliklərdən əsasən göbələk və qoturluğun
yoluxucu olduğunu söyləyir. Onun sözlərinə görə, bu xəstəliklər
əsasən təmas zamanı keçir. Zöhrəvi xəstəliklər isə, cinsi
yolla ötürülür. Şöbə müdiri deyir ki, küçə uşaqlarının da mütləq
əksəriyyəti dəri-zöhrəvi xəstəliklərin daşıyıcılarıdır. Həkim küçə
uşaqlarında əsasən yoluxucu dəri-zöhrəvi xəstəliklərin müşahidə
olunduğunu bildirdi: "Küçə uşaqları arasında qoturluq, göbələk,
bitliliyə daha çox rast gəlinir. Eyni zamanda küçə uşaqları düzgün
həyat şəraitində yaşamadıqlarındam sifilist, qonoruya xəstəliyinə
də mübtəla olurlar". Şöbə müdiri dəri-zöhrəvi xəstəliklərin erkən
təyininin və müalicəsinin uğurla sonuclandığını söyləyir. Onun
sözlərinə görə, həkimə vaxtında müraciət edəndə qoturluq bir
həftəyə, göbələk bir-iki aya müalicə edilir.