news Image
2013.03.28
16:40
| A A A
Mətbuat Şurasında "Şərqi-Rus" qəzetinin 110 illik yubileyi keçiriləcək

Movqe.az-ın verdiyi məlumata görə, martın 29-da saat 12.00-da Azərbaycan Mətbuat Şurasında "Şərqi-Rus" qəzetinin 110 illik yubileyi qeyd olunacaq.

Tədbirdə milli mətbu irsimizin araşdırılmasında xidmətləri olan mütəxəssislər, aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, ali məktəblərin jurnalistika fakültələrinin müəllimləri və tələbələri iştirak edəcək.

Qeyd edək ki, "Şərqi-Rus"un ilk sayı 1903-cü il martın 30-da işıq üzü görüb. Azərbaycanda ictimai fikrin inkişafı tarixində mühüm yer tutan bu mətbu nəşr XX əsrdə çapdan çıxşmış ilk ana dilli milli qəzetimizdir.

Əvvəllər həftədə üç dəfə, 1904-cü il iyunun 8-dən isə gündəlik yayımlanan qəzetin təsisçisi və baş redaktoru  dövrünün görkəmli ictimai-siyasi xadimi Məhəmməd ağa Şahtaxtlı olub.