Əlaqə Arxiv
news Image
2013.03.28
16:55
| A A A
Azərbaycan Sənaye Bankından bayram töhfəsi
Azərbaycan Sənaye Bankı mikro kreditlərin verilməsinə başlayır.  Mikro kreditlər ilkin olaraq Azərbaycan Sənaye Bankının Sumqayıt filialında verilməyə başlanıb. Azərbaycan Sənaye Bankı regionların iqtisadi inkişafına dəstək olaraq Bakı və ətraf qəsəbələrdə eləcə də regionlarda yaşayan sahibkarlar üçün mikrokreditlərin verilməsinə başlayır. Bu kreditlər əsasən kənd təsərrüfatı, ticarət və xidmət sahələrində çalışan sahibkarlar üçün nəzərdə tutulur.
Ailə təsərrüfatı gəlirlərinin artırılması, kiçik və orta biznes sahiblərinin bazar iqtisadiyyatındakı aktiv iştirakının təmin olunması üçün ASB Bank tərəfindən təqdim olunan bu kreditlər sahibkarların maliyyə ehtiyaclarını qarşılayacaqdır.
Kreditlərin verilməsində Azərbaycan Sənaye Bankı üç prinsipi əsas tutur. Bunlardan birincisi müştərilərin müraciətlərinə şəffaf yanaşmadır ki, bütün reklam materiallarında və kommunikasiyalarda kreditlərin verilməsi şərtləri əks olunduğu kimi tətbiq olunur. İkinci hər bir sahibkar Bankımızda güvənli dəstək ala bilər. Müştərilərin müraciətləri təcrübəli mütəxəssislər tərəfindən analiz olunaraq, sahibkarların maliyyə təhlükəsizliyi nəzərə alanaraq qərarlar verilir. Üçüncü və ən önəmli məsələ keyfiyyətli xidmətdir. Kiçik və orta biznesin maliyyə ehtiyaclarının təcililiyi nəzər alınaraq müraciətlərə sürətli bir şəkildə baxılaraq, yüksək keyfiyyətli xidmətin göstərilməsi təmin olunur.Mikro kreditlər Kənd təsərüfatı və ya ticarət, xidmət sahəsi üzrə qrup kreditləri şəklində təqdim olunur. Birgə borclular qrupuna daxil olan üzvlər təsərrüfat və qeyri təsərüfat sahəsi ilə məşğul olan sabit gəlirli şəxslərdən ibarət olmalıdır. Bu kreditlərin ən əsas xüsusiyyəti ondan ibarətdir ki, qrup kreditləri birgə zaminlik əsasında, əlavə əmlak girovu tələb olunmadan təqdim edilir. Kreditin əsas məbləği və ona hesablanmış faizlərin geri ödənişi, kreditin təyinatına və müştərinin ödəmə qabiliyyətinə uyğun olaraq həyata keçirilir. Qeyd olunan kreditlər ilkin olaraq Azərbaycan Sənaye Bankının Sumqayıt filialında verilməyə başlanmışdır. Daha sonra mərhələli şəkildə Gəncə, İmişli və Dərnəgül filialları tərəfindən də təqdim olunması planlaşdırlılır.  Xatırladaq ki, "Azərbaycan Sənaye Bankı" 1996-cı ildən fəaliyyətə başlayıb. 31 Yanvar 2013-cü il tarixin nəticələrinə görə bankın aktivlərinin həcmi 163,9 mln. manat, depozit portfeli 90,4 mln. manat, kredit portfeli 109,4 mln. manat, nizamnamə kapitalı 28,0 mln. manat təşkil edir.Bankın respublika üzrə 8 filialı, 2 şöbəsi,  38 bankomatı və 660 POS-terminalı mövcuddur. Bankın plastik kartlarından istifadə edən müştərilərinin sayı 33.000-dən, cəmi müştərilərinin sayı isə 52.000 -dən çoxdur.

Sizin Reklam Yeriniz