news Image
2013.03.29
13:15
| A A A
"Azərsu" jurnalistlər arasında müsabiqə elan etdi
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) böyük dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar KİV nümayəndələri arasında "Azərbaycanın içməli su təchizatı sektorunun inkişafında ümummilli lider Heydər Əliyevin rolu" mövzusunda müsabiqə elan edir. Bu barədə Movqe.az-a ASC-dən məlumat verilib. Müsabiqənin məqsədi Ulu öndər Heydər Əliyevin 1970-1980-ci illərdə, eləcə də dövlət müstəqilliyinin bərpasından sonra respublikanın su təchizatı sektorunun inkişafındakı xidmətlərinin təbliğidir.
Müsabiqənin şərtləri:

1. Müsabiqədə həm yazılı, həm də elektron KİV nümayəndələri iştirak edə bilərlər.

1. Məqalə və telesüjetlər elan edilmiş mövzuya uyğun olmalıdır.

2. Müsabiqədə hər jurnalist yalnız bir yazı və ya bir telesüjetlə iştirak edə bilər.
3. Məqalə və telesüjetlər Azərbaycan dilində təqdim olunmalıdır (xarici dillərdə olan materiallar Azərbaycan dilinə tərcümə edilməlidir).
4. Məqalələr son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
5. Yazıda ""Azərsu" ASC-nin keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.
6. Məqalələr dərc olunmuş şəkildə 2 nüsxədə, eləcə də A4 formatda çap (4 nüsxədə, müəllifin imzası göstərilməmək şərtilə) və elektron variantda (Times New Roman şriftində - 12, CD formasında), telesüjetlər isə DVD formatında təqdim olunmalıdır.
7. Yazılar 7 min işarədən, telesüjetlər isə 4 dəqiqədən az olmamalıdır.
8. Müsabiqəyə 01-30 aprel 2013-cü il tarixlərində dərc edilmiş məqalə və efirə verilmiş telesüjetlər qəbul olunacaqdır.
9. Məqalə və telesujetlər rəsmi iş günləri saat 14:00-dan 1 8:00-dək "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin Mətbuat xidməti şöbəsinin rəisi Neyman Səfərəliyevə (Bakı şəhəri, Moskva prospekti 67. Tel: 431-47-67 (daxili 4435), 055-225-35-11, e-mail: metbuat@azersu.az ) şəxsən təqdim edilməlidir.
10. Müsabiqədə iştirak edən hər bir KİV nümayəndəsi özü haqqında dolğun məlumat (müəllifin adı, soyadı, atasının adı və əlaqə vasitələri) verməlidir.
Qiymətləndirmə zamanı üstünlük veriləcək meyarlar:

- mövzuların əhatə dairəsi;

- informasiya yükü və maarifləndirici xüsusiyyətlər;

- dil və üslub xüsusiyyətləri;

- obyektivlik və məsuliyyət.

Müsabiqənin mükafat fondu:

I yer - 1000 manat

II yer - 800 manat

III yer - 600 manat

Hər biri 300 manat məbləğində həvəsləndirici mükafatlar.

Qeyd: Müsabiqəyə təqdim olunacaq məqalələr və telesüjetlər münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir.