Əlaqə Arxiv
news Image
2013.03.29
15:01
| A A A
Aydın Mirzəzadə: "İsa Qəmbər və bəzi radikal müxalifət liderləri artıq qan anonsu verirlər"
Movqe.az xəbər verir ki, Aydın Mirzəzadə Müsavat Partiyasının başqanı İsa Qəmbərin müsahibəsinə
facebook sosial şəbəkəsindəki profilində cavab verib. Millət vəkili qeyd edib ki, İsa Qəmbər və bəzi radikal müxalifət liderləri artıq qan anonsu verirlər: " Radikal müxalifətin cinahlarından biri olan Müsavat Partiyasının başqanı İsa Qəmbər AzNews.az saytının suallarını cavablandırarkən, Azərbaycanda qarşıdan gələn prezident seçkilərində və seçkilər ərəfəsində ölkədə qan tökülə biləcəyinə işarə vurmub və özünün bundan çəkindiyini bildirib.Hesab edirəm ki, müxalifət liderlərindən biri hakimiyyəti sadəcə olaraq, provokasiyaya çəkir. Yəni, radikal müxalifət nümayəndəsi öz açıqlaması ilə indidən qan tökülə biləcəyi anonsunu verir. Mövcud hakimiyyət hər zaman stabilliyin qorunmasında, vətəndaş hüquqlarının təmin edilməsində, Azərbaycanın durmadan inkişafında maraqlıdır və öz fəaliyyəti ilə buna çalışır. Eyni zamanda, hakimiyyət demokratik seçkilər öhdəliyini üzərinə götürüb və hər zaman olduğu kimi, bundan sonra da bu öhdəliyini yerinə yetirməyə, məsuliyyətini doğrultmağa çalışacaq. Ancaq göz qarşısındadır ki, bəzi radikal müxalifət liderləri artıq qan anonsu verirlər. Bu, çox təhlükəli bir çağırışdır... Yeri gəlmişkən, bir neçə gün öncə həmin şəxs bir qrup gənclə görüşündə onları küçələrə çıxmağa, meydanlara axışmağa və zorakılığa çağırdı. Ancaq o həmin gəncləri seçki məntəqələrinə getməyə, normal təbliğatlarını qurmağa, öz hüquqlarından qanun çərçivəsində yararlanmağa çağırmadı. Bu baxımdan, onun indiki çağırışı da çox təhlükəli, zərərli bir çağırışdır və bu çağırış cəmiyyətin ciddi narazılığına səbəb olmalıdır. Bununla belə, hesab etmirəm ki, belə çağırışlarla onlar öz istəklərinə, qanundankənar məqsədlərinə nail ola bilərlər və ya nail olsunlar. Bu, mümkün deyildir və alınmayacaq. Azərbaycan dövləti, iqtidarı bu gün öz səahiyyətləri çərçivəsində qanunların oqurnması və ölkədə sabitliyin qorunmasına çalışırlar və müvafiq addımlarını atacaqlar. Kimlərinsə istəyindən asılı olmayaraq, növbəti seçkilərin də Azərbaycan qanunvericiliyinə, beynəlxalq standartlara cavab verə biləcək bir səviyyədə baş tutmasına çalışacaq və buna da nail olacayıq. Sabitliyi pozmaq və zorakılıq yaratmaq istəklərinin isə qarşısı həmişə alınacaqdır.
Sizin Reklam Yeriniz