news Image
2013.03.29
15:37
| A A A
Dövlət İqtisad Universitetinin tələbələri iki aydır ki, təqaüdlərini ala bilmirlər-Eksklüziv
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri iki aydır ki, təqaüdlərini ala bilmirlər. Bu barədə Movqe.az-a universitetin tələbələri məlumat verib: "İki aydır ki, təqaüdümüzü ala bilmirik. Axırıncı dəfə təqüdümüzü yanvar ayında almışıq. Səbəbini soruşuruq gözləyin deyirlər". Movqe.az deyilənlərə aydınlıq gətirmək məqsədi ilə  Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibatlıq şöbəsi ilə əlaqə saxlayıb. Universitetin mühasibi Sahibə xanım deyilənləri təsdiqləyərək bildirib ki, həqiqətən də tələbələrin təqaüdü iki aydır ki, gecikdirilir: "Bu məndən asılı məsələ deyil. Fevral ayında onların smestri başa çatdı. Nəticələri bilinınədək bir az vaxt çəkdi. Əmrlər bu səbəbdən gec gəldi. Mən də təkəm. Hazırlayanadək bu qədər vaxt apardı. Hələ mən aparıb sənədləri evdə  bayram günləri işləmişəm ki tez olsun". Universitetin mühasibi hər il fevral-mart aylarında belə vəziyyət yarandığını bunun smestrlərin nəticələri ilə bağlı olduğunu söylədi. Mühasib bildirdi ki, artıq sənədlər hazırlanıb, banlka göndərilib. Tələbələr aprel ayının 5-dən təqaüdlərini ala biləcəklər.